MARAQLI

MARAQLI (20)

Kərə yağı təbiətin insana bəxş etdiyi ən yaxşı nemətlərdən biridir. 10 yaşından yuxarı hər bir kəs? hər gün ən azı 60 qram kərə yağı qəbul eləməlidir.
Kərə yağının tərkibi vitamin və makroelementlərlə zəngindir. Onun trkibində Ca, K, D, E, A,Fe, Mq, Mg və s. var. Kərə yağı olmasa bəzi vitaminlərin bağırsaqlardan sorulması prosesi baş vermir. Kərə yağı inək südündən hazırlanır. Bəs aldığımız yağın kərə yağı olduğunu necə bilmək olar? Hansı xüsusiyyətlərinə görə kərə yağının digər sintetik yağlardan fərqləndirmək olar?
* Kərə yağı büküldüyü kağızı iylədikdə ondan heç bir iy gəlməli deyil.
* Kərə yağının rəngi açıq solğun sarı gəngdə olmalıdır.
Bunu yoxlamaq üçü yağdan bir miqdar qoparıb ilıq suyun içərisinə salın. Əgər suyun rəngi dəyişirsə o zaman həmin yağ əsil kərə yağı deyil. Suyun üzünə çıxan rəng isə boyaq maddəsidir.
* bıçaqla kəsin
Kərə yağını 10 dəqiqə dondurucuda saxlayın və bıçaqla kəsin. Əgər yağ parçalanarsa, o zaman əsil kərə yağıdır. Yox əgər asanlıqla kəsilərsə, o zaman aldığınız yağ əsil kərə yağı deyil.
* qaynar tavaya atın
Aldığınız yağdan bir miqdar kəsib qaynar tavaya atın. Əgər tez əriyib xışıldayarsa və ətrafa xoş iy saçarsa o zaman əsil kərə yağıdır. Sintetik yollarla hazırlanmış və ya marqarin yağı isə tavaya atıldıqda süzülüb əriyir və otağın havasını korlayır.
Oxuduğunuz məqalə xoşunuza gəldisə o zaman paylaşıb dostlarınızı da məlumatlandırın.(oxu.az)

Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək heyət Qazaxıstana gəlib.

“Roskosmos”ın xəbərinə görə, rus kosmonavt Aleksandr Missurkin, yaponiyalı milyarder Yusaki Maezava və onun köməkçisi Yozo Hirano artıq Baykonurdadırlar.

Onlar Moskvadakı hazırlıq mərhələsini başa vurublar.  Həftə sonu gələcək kosmonavtlar “Soyuz” kosmik gəmisinin iş rejimi ilə tanış olacaqlar. Bundan sonra növbəti intensiv təlimlər başlayacaq. Yaponiyalılar BKS-də 12 gün qalacaqlar.

Maezava jurnalistlərə bildirib ki, BKS-də 100 iş həyata keçirməyi planlaşdırıb. Əsas arzusu isə çəkisizlik şəraitində badminton oynamaqdır. 

Qaraciyər xəstəlikləri uzun müddət ərzində gizli şəkildə inkişaf edir. Spirtli içkilərdən sui-istifadə, artıq çəki, yüksək şəkər və arterial təzyiq, dərmanların çoxlu miqdarda qəbulu, öd kisəsinin xaric edilməsi kimi faktorlar qaraciyər xəstəliklərinin inkişafına təkan verir.

Xəstəliyin əvvəlində müəyyən müalicə və pəhrinin köməyi ilə qaraciyərin funksiyalarını tam bərpa etmək mümkündür. Bu səbəbdən qaraciyər xəstəliklərinin ilkin simptomlarını bilmək çox vacibdir. Saglamolun.az sizə qaraciyər xəstəliklərinin ən yayılmış simptomları ilə tanış edir:  

 
  • Sağ qabırğaaltı nahiyəsində ağrı və diskomfort
  • Yağlı qidaların orqanizm tərəfindən çətinliklə həzm edilməsi
  • Keçməyən köp və meteorizm
  • Dəridə tünd ləkələr, dərinin vəziyyətinin pisləşməsi
  • Allergiyaya meylli olmayan insanda allergik simptomların əmələ gəlməsi (səpkilər və s.)
  • Gözlərin altında tünd ləkələr
  • Dərinin qaşınması
  • Dərinin quruması
  • Dilin üzərində sarı ərp, pis ağız qoxusu
  • Əhvalın tez-tez dəyişilməsi, əsəbilik
  • Səbəbsiz yorğunluq və zəiflik
  • Tərləmənin artması

 

Apteklərdə illərin sınanmış vasitəsi qara kömür – absorbizə edici preparat təkcə zəhərlənmələrdə istifadə olunmur.

Qara kömür tableti ilə siz onlarla problemi aradan qaldıra bilərsiz.

 

1.Köp və meteorizm əleyhinə

Normalda insan sutkada 14-16 dəfə qaz ifraz edə bilər. Bu təbii prosesdir və insanda heç bir ağrı və narahatçılıq əmələ gətirmir. Yox əgər köp və meteorizm həddən artıq çoxdursa, sizi narahat edirsə, hətta köpdən qarın ağrıyırsa, yeməkdən öncə 3-4 tablet qara kömür atın.

2. Pis və yaxşı xolesterin

Qanda pis xolesterinin artması ürək-damar xəstəliklərini artırır. Tədqiqatlar göstərib ki, 1 ay ərzində gündə 3 dəfə qara kömür qəbul etmək pis xolesterinin faizini 40% aşağı salır, yaxşı xolesterini isə qaldırır.

3. Böyrəklərin sağlamlığı

Hər gün böyrəklər 140 litr qan təmizləyir, 1 litr sidik ifraz edir. Şəkər, duz, yağ, konservant qəbulu böyrəklərin özünü təmizləmə, filtrasiya funksiyasını pozur. Aktivləşdirilmiş kömür sidik turşusu və toksinləri bədəndən qovub çıxardığından, böyrəklərin də işini yüngülləşdirir.

4.Dəri təmizlənməsi

Dəri üzərindəki yağ, piy, kir, ölmüş hüceyrə qatını maqnit kimi özünə çəkərək, məsamələri təmizləyir, dərini hamar və təmiz edir.

5.Canlı saçlar

Baş dibi toksin, piy, kirlə örtülür, follikullar nəfəs ala bilmir, saçlar dibdən kirli və cansız olur. Kömür saç dibini təmizləyir, saçlara canlılıq və parlaqlıq verir. Şampunlardan fərqli olaraq kömür 100% təbii və zərərsizdir.

6. Dişlərin ağardılması

Dişlərin dərin təmizlənməsi, ləkələrin aparılması üçün bahalı prosedurlara getməyə ehtiyac yoxdur. Diş fırçasına əzilmiş qara kömür tableti töküv həftədə 2-3 dəfə dişləri sürtmək diş emalını təbii təmizləyib ağardır.

7.Ağızdan pis qoxu

Aktivləşdirilmiş kömür turşu-qələvi balansını normallaşdırdığına görə, damaq və ağız boşluğundakı bakteriyaları məhv edir.

8.Vaxtından əvvəl qocalmaya qarşı

Sübut olunub ki, müntəzəm qara kömür qəbul etdikdə orqanizmdən toksin və şlaklar təmizləndiyinə görə, insan cavan qalır, gec qocalır. Hollivud ulduzları bu sirri bildiyindən, qara kömürdən daima istifadə edirlər. /medicina.az

Saglamolun.Az

 

 

Hindistan sakini Şankar Kurade koronavirusdan qorunmaq üçün 289.000 rupi (təxminən 4.000 dollar) xərcləyərək qızıldan maska düzəltdirib.

 

Pressinfo.az Demokrat.az a-istinadən xəbər verir ki, hindistanlı biznesmen bu addımı ilə yerli və beynəlxalq medianın diqqətini öz üzərinə çəkib.

 

Ş.Kurade bildirib ki, başqa bir nəfədə gümüşdən hazırlanmış maska gördükdən sonra zərgərə belə bir sifariş edib.


Maskanın çəkisi 2,5 kq-dır, onun üzərində nəfəs almaq üçün kiçik dəliklər də var.

 

Video 1955-ci ilə aiddir və Britaniyada qlobusların necə hazırlanması və onların neçə faizinin ixrac üçün nəzərdə tutulduğu haqqında məlumat verilir.

Bazar ertəsi, 06 İyul 2020 00:37

Sükut qüllələri

Yazan

Zərdüştilikdə 4 əsas element (hava, su, yer, od), təbiət müqəddəsdir, onları çirkləndirmək istəmirlər. Buna görə ölənlər torpağa basdırılmırlar və yandırılmırlar. Bunun əvəzinə, şəhərin kənarındakı təpələrdə və ya dağlıq ərazilərdə "səssizlik qalaları" qurdular. Qatı daşlardan hazırlanmış yuvarlaq bir quruluşdur. Suraya bənzəyir.

Başında və ortasında böyük bir dairəvi platform var. Döşəmə iri daş bloklarla döşənmiş, yaxşı betonlanmışdır. Buradakı cəsədlər burulğanlarla yeyildi. Bu müddətdə ölülərin qohumları vizual olaraq verdiyim külək evlərində gözləyirdilər.

Çərşənbə, 24 İyun 2020 16:06

KT və MRT müayinəsinin fərqi nədədir?

Yazan
Hələ qədim dövrlərdən təbiblər və həkimlər xəstəliklərin təyin edilməsi üçün bir sıra metodlardan istifadə ediblər. Bu metodlardan simptomlara görə və əllə müayinəni misal çəkmək olar. Müsir tibbdə isə bu üsullarla yanaşı texnikanın köməyindən də istifadə edilir. Yaxın keçmişə qədər USM və rentgen aparatları da çox populyar idi. Texnikanın inkişaf etməsi ilə əlaqədar tibbdə də onun son naliyyətləri uğurla tətbiq edilir.
 
Müasir tibbdə sadalanan qurğuların sırasına MRT və KT-nin adları da əlavə edilib. Onların köməyilə bir çox xəstəlikləri diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Çox insan isə MRT ilə KT-ni səhv salaraq onların funksiya fərqlərini dərindən bilmir.
 
Pressinfo.az Tibb.fins.az a-istinadan məlumat verir bir çox MRT (Maqnit Rezonans Tomoqrafiyası) və KT (Kompüter Tomoqrafiyası) kimi tanıdığımız qurğular haqda məlumatları təqdim edir:
 
Əksəriyyət düşünür ki, bu müayinələr eynidir. Lakin bu, heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür. KT zamanı rentgen şüalanma istifadə olunur.
 
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Aparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirləri yaradır.
 
Kompüter tomoqrafiyası vasitəsilə isə sümüklərin, oynaqların zədələnməsi, travmalar zamanı daxili qanaxmaların təyini, osteoxondroz, skalioz, kəllə daxili zədələnmələr, döş qəfəsi orqanlarının xəstəliklərinin müayinəsi zamanı (pnevmoniya,vərəm və s.), qalxanabənzər vəzin, böyrək daşları, apendiksin təyini, mədə və bağırsaqların müayinəsi, damarlarda olan anevrizma, ateroskleroz zamanı, bağırsaq keçməzliyi, baş beyindən və ginekoloji orqanlardan başqa bütün orqanlarda olan şişlərin, daş və kistaların təyini, eləcə də eşitmə problemlərinin təyini zamanı çox effektlidir.
 
 
MRT-dən isə sümük və damar sistemi xəstəliklərinin, onurğa yırtığı, yumşaq toxumaların müayinəsində istifadə edilir. Bu müayinələrə yumşaq toxumalarda şiş, beyin və onurğa beyinin, həmçinin də qan dövranının müayinəsi, sinir sistemi xəstəlikləri, əzələlərin və bağların müayinəsi, bütün orqanlarda olan şiş xəstəliklərinin təyini, görmə siniri və hipofiz problemləri, hidrosefaliya, beyinə bağlı inkişaf qüsurları zamanı müraciət edilir.
 
 
Radioloqlar hesab edir ki, universal kimi görünsə də elə xəstəliklər var ki, onların təyinatında bu qurğular zəifdirlər. Bu xəstəliklərə ürək xəstəliklərinin 99%-ni aid etmək olar. Bundan əlavə görmə zəifliyi əgər görmə siniri və Hipofizlə bağlı deyilsə, o zaman xəstəliyin təyinatında bu qurğular işə yaramır.
 
Təbii ki, həkim göstərişi ilə sözügedən bu qurğulardan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla keçə bilər. Hamilə qadınların MRT müayinəsinə həkimlər yanlız hamiləliyin ilk üç ayınə qədər icazə vermirlər.
 
Hazırda koronavirusun ağciyərlərdə yaratdığı buzlu şüşə effektini görmək üçün ən çox KT müayinə effektiv hesab edilir. Amma bundan öncə sadə bir rentgen çəkdirmək yaxşı olar.
 
Çünki hər virusdan qorxan KT olunması da düzgün deyil. KT müayinənin bir çəkimində insan 250 dəfə rentgendə məruz qaldığı şüalanmanı almış olur.
 
Bu müayinəni həkim təyin etsə yaxşı olar.

100 il əvvəl ən nadir xəstəliklərdən biri sayılan xərçəngin son 20 ildə çox sürətlə yayılaraq ölüm hallarının artmasına səbəb olduğu heç kimə sirr deyil.

pressinfo.az baxar.az-a istinadan xəbər verir ki , Statistikaya görə, bir çox ölkələrdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artsa da, İsraildə xərçəngdən ölənlərin sayının azaldığı məlum olub. Belə ki, İsraildə 2003-ci ildə 160, 2004-ci ildə isə 152 nəfər xərçəngdən ölüb. Qeyd edək ki, İsrailin 7,4 milyon əhalisi var. Bunlardan 1,5 milyonu ərəb mənşəli və 0,3 milyonu yəhudi olmayan əhalidir. Əhalinin yerdə qalan 5,6 milyonu isə yəhudi mənşəlidir. İsraildə 2009-ci ildə 118 nəfər, 2013-ci ildə isə 96 nəfər xərçəngdən ölüb. 2003-cü ildən bu tərəfə olan statistikaya nəzər saldıqda xəstəliklə bağlı ölüm hallarında azalmanın müşahidə edildiyini görürük. 2020-ci ildə isə İsraildə xərçəngdən yalnız 78 adamın öləcəyi proqnozlaşdırılır. "Gesundheit Berlin Brandenburq"ın məlumata görə, ərəb mənşəli xalq və yəhudilər bu xəstəlikdən daha az zərər görüb. Yəni onlar az hallarda ölüb. Digər ölkələrə nisbətən İsraildə xərçəng hallarının bu qədər az olmasının səbəbi nədir? İsraildə xərçəng xəstələrinə kimyəvi müalicə, ya da radio terapiya tətbiq olunmadığına dair güclü iddialar var. Belə müalicə üsullarının insan sağlamlığına daha çox zərər verdiyi və xəstəni daha da zəiflətdiyi güman edilir. Ölkədə xərçəngdən ölən insanların az olması bu iddiaların inandırıcı olmasını gücləndirir. Bəs İsraildə xərçəng necə müalicə edilir? İsraildə xərçəng xəstələrinin alternativ tibb üsulları ilə müalicə edildiyi deyilir. Bunlardan bir neçəsi aşağıdakılardır: Bitki cövhərləri və kolloidial gümüş suyu ilə orqanizmin zəhərlərdən tamamilə təmizlənməsi (detoksifikasiya) Sağlam qidalanma (heyvan mənşəli qidaların daxil olmadığı pəhrizlər) Bioenerji müalicəsi ilə orqanizmin vibrasiya və elektromaqnit cərəyanı müqayisə olunaraq ruh və bədən sağlamlığının bərpa olunması. İsrailin müalicə konsepsiyası niyə dünya miqyasında tətbiq olunmur? Bu sualın cavabı ənənəvi tibbin, dərman lobbisinin və dünya siyasətinin kimyəviterapiya + radioterapiya + cərrahi üsullar + morfi kimi dərmanların dünyadakı yəhudi olmayan əhaliyə təkidlə satılmasıdır. Dərman lobbisinin müalicə üsullarına bütün zamanların ən gəlirli və nəhəng ticarət mənbəyi kimi baxılıb. Zərərsiz, təsirli və digər effektli müalicələrə qarşı olan laqeydliyin əsas səbəbi kimi də bu nəhəng ticarət sektorunun yürütdüyü siyasət göstərilir. Çünki uzunmüddətli və dərman lobbisindən asılı olan xəstəliklər olmasa, bu nəhəng ticarətin çökə biləcəyi deyilir. "Söz oyunları ilə "müalicə edildi yalanı" Kimyəviterapiya və radioterapiya ilə müalicə alan xəstələrin əslində tam sağalmadığı müəyyən söz oyunları aldadıldığı da iddia olunur. Məsələ bu nümunələrlə izah edilir: "Xərçəng diaqnozundan və müalicəsindən sonra 5 il yaşadı”. Amma bu vəziyyətdə xəstə 5 il ərzində yenidən xərçəng ola bilər. Halbuki xəstələrə xərçəng müalicəsinin uğurunu göstərən bu cür statistikalarda xəstənin neçə il yaşadığından çox, müalicənin gerçək uğurunu müəyyən etmək üçün "Neçə il xərçəng xəstəliksiz" qaldığını bilməsi son dərəcə əhəmiyyətli faktordur. Xəstə 5 ildən sonra təkrar xərçəng olarsa, hətta ölsə, sənədlərdə yenə də "Tamamilə müalicə edilib və tamamilə sağaldı" olaraq qeydlər yazılır. Dolayısı ilə tibb dünyası bu xəstəliyi son dərəcə ağıllı söz oyunları ilə bu müalicələrin müvəffəqiyyətli keçdiyini sübut etməyə çalışır və statistikalar insanlara bu şəkildə çatdırılır. Həmçinin statistikalarda başlanğıc nöqtəsində olan xərçəng xəstəlikləri, həyati təhlükəsi olmayan xərçəng xəstəlikləri və müalicəsi onsuz da asan olan xərçəng xəstəlikləri yer alır. Xərçəng olub erkən ölən hallar heç bir şəkildə statistikalarda qeydiyyata alınmır. 1997-ci ildə verilən qərarda isə kimyəviterapiyadan, orqan/ürək çatışmazlığı nəticəsində yaranan ölüm halları statistikaya salmaq qadağan edilib. Bu hiyləgər manipulyasiya kimyəviterapiya, radioterapiya kimi zərərli üsullarla xərçəng hallarının uğursuz müalicə edilməsi nəticəsində yaranan ölüm sayını gizlətmək məqsədi güdür

Çərşənbə, 06 May 2020 17:03

Planetlər haqqında məlumat

Yazan
1) Merkuri: Ən kiçik ikinci planet.Şumerlər dövründən etibarən bilinir.
Merkuri Günəş sisteminin Günəşə ən yaxın planetidir. Böyüklük baxımından 9 planet arasında səkkizinci sıranı tutur.Bir tək Pluton Merkuridən daha kiçikdir.Adını Roma mifologiyasında ticarət və səfər tanrısı və tanrıların xəbərçisi olaraq bilinən Merkuridən alıb. Çılpaq gözlə izlənilə bilən 5
planetdən biri (digərləri Venera Mars Yupiter və Saturn ) olaraq köhnə çağlardan bəri insan oğlunun diqqətini çəkmişdir. "Yer bənzəri" ya da 'qaya' quruluşlu planetlər sinifinə girməkdədir. Günəşə yaxınlığı səbəbiylə yer üzündən izlənilməsi çətindir və haqqında bilinənlər məhduddur. Peyki yoxdur.
 
2) Venera: Yazılı tarixdən bu yana bilinir
Venera Planeti Günəş Sistemində Günəşə uzaqlıq baxımından ikinci planetdir. Köhnə Roma tanrısı Veneradan (Köhnə Yunan Mifologiyasında Afrodita) adını almışdır.Böyüklüyü baxımından Dünya ilə bənzərlik göstərdiyindən Dünya ilə qardaş planet olaraq da bilinməkdədir. Səmada Günəşə yaxın mövqedə olduğundan və orbiti Dünyanınkına görə Günəşə daha yaxın olduğundan yer üzündən yalnız Günəş doğulmadan əvvəl və ya batdıqdan sonra görülə bilər. Buna görə Venera Axşam Ulduzu və ya Səhər Ulduzu olaraq da adlandırılar. Bir başqa adı da 'Çoban ulduzu"dur. Görülə bildiyi zamanlar səmadakı ən parlaq cisim olaraq diqqət çəkər.
 
3) Dünya: İnsanoğlunun özünü bildiyindən bu yana varlığı bilinir
Yer (məşhur istifadə edilən Ərəbcə mənşəli digər adı ilə Dünya , köhnə dildə Ərz) Günəş sisteminin Günəşə uzaqlıq baxımından üçüncü sıradakı planetidir. Üzərində həyat saxladığı bilinən tək təbii göy cisimidir. qatı ya da 'qaya' ağırlıqlı quruluşu səbəbiylə üzvü olduğu yer bənzəri planetlər qrupuna adını vermişdir. Bu planet qrupunun kütlə və həcm baxımından ən böyük üzvüdür. Böyüklükdə Günəş sisteminin 9 planeti arasında qaz nəhənglərinin böyük fərqlə arxasından gələrək beşinci sırada yerləşir. Tək təbii peyki "Ay" dır.
 
4) Mars: Qırmızı planet. Tarix əvvəli çağlarda göy alimləri tərəfindən görülüb.
Mars Günəş Sisteminin dördüncü planetidir. Adı Köhnə Romadakı döyüş tanrısı Marsdan gəlməkdədir Gecə təmiz bir havada sadə bir teleskopla qırmızılığı görülə bilər.
 
5) Yupiter: Günəş Sistemindəki ən böyük planet. Antik çağlardan bəri bilinir.
Yupiter Günəş sisteminin ən böyük planetidir. Günəşdən uzaqlığa görə 5-ci sırada iştirak edər. Adını Roma tanrılarının ən böyüyü Yupiterdən alıb. Böyük ölçüdə hidrogen və heliumdan meydana gəlməkdə və qaz nəhəngləri sinifinə girməkdədir.
 
6) Saturn: Ən böyük ikinci planet. Halqaları ilk olaraq 1610da Galileo tərəfindən müşahidə edildi.
Saturn Günəş sisteminin günəşdən uzaqlıq sırasına görə 6-cı planetidir. Böyüklük baxımından Yupiterdən sonra ikinci sırada gəlir. Adını Roma əkinçilik tanrısı Saturnusdan alıb. Ərəbcə mənşəli Saturn adı Türkcədə gedərək daha az istifadə edilməkdədir. Sekendiz olaraq da bilinər. Çılpaq gözlə izlənilə bilən 5 planetdən biri (digərləri Merkuri Venera Mars və Yupiter) olaraq köhnə çağlardan bəri insanoğlunun diqqətini çəkmişdir. Böyük ölçüdə hidrogen və heliumdan meydana gəlməkdə və qaz nəhəngləri sinifinə girməkdədir.
 
7) Uran: Diametr olaraq üçüncü böyük planet. 1690-cı ildə John Flamsteed tərəfindən kəşf edilib.
Uran Günəş sisteminin Günəşdən uzaqlıq sırasına görə 7-ci planetidir. Diametr baxımından Yupiter və Saturndan sonra üçüncü, kütlə baxımından bu iki planet və Neptunun ardından dördüncü sırada gəlir. Adını Yunan mifologiyasındakı səma tanrısı Uranosdan alıb. 1781-ci ildə William Herschel tərəfindən tapılmışdır. Qaz nəhəngləri sinifinə girməkdədir
 
8) Neptun: Diametr etibarıyla dördüncü böyük planet. 28 dekabr 1612-cı ildə Galileo tərəfindən kəşf edildi.
Neptun Günəş sisteminin Günəşdən uzaqlıq sırasına görə 8. planetidir. Kütlə baxımından Yupiter və Saturndan sonra üçüncü , diametr baxımından bu iki planet və Uranın ardından dördüncü sırada gəlir. Adını Roma dəniz tanrısı Neptunusdan alıb. 1846-cı ildə Urbain Le Verrier və Johann Gottfried Galle tərəfindən tapılmışdır. Qaz nəhəngləri sinifinə daxildir.
 
9) Pluton: Günəş Sistemində bilinən ən kiçik planet. 18 Fevral 1930-cu ildə Clyde Tombaugh tərəfindən kəşf edilib.
Pluton Günəş sistemindəki doqquzuncu planetdir. Günəş sistemindəki ən kiçik planet olduğu üçün və xarici mərkəzli bir orbitə sahib olduğu üçün bir planet olub olmadığı mövzusunda müzakirələr çıxmışdır.Ancaq sonda Pluton planet olaraq təsnif edilmişdir.
"Planet Arizona Lowell" Rəsədxanasında astronom Clyde Tombaugh tərəfindən 18 Fevral 1930-cu ildə tarixində kəşf etmişdir.Tombaugh Plutonu Neptunun orbitindəki anormallıqları açıqlaya biləcək bir göy cisimini axtararkən tapmışdır.
Günəş sisteminin Sedna sayılmazsa ən uzaq planetidir. Böyüklüyü Ayın 1/6-i qədərdir.Sıxlığı suyun 2 qatıdır.
 
1 -dən səhifə 2