GÜNDƏM

GÜNDƏM (129)

Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

QMİ rəsmisinin sözlərinə görə, bu il Azərbaycandan Kəbəyə Həcc ziyarəti təşkil olunacaq. Din xadimi vurğulayıb ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.

"Kvotanın sayı və qiymət barədə məlumat təxminən bir həftə, 10 günə açıqlanacaq", - QMİ rəsmisi deyib.

 

Onun sözlərinə görə, bu il ölkəmizdən Həcc ziyarətinə yalnız Azərbaycan vətəndaşları gedə biləcək:

"Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək", - deyə o, vurğulayıb.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

.

Azərbaycanlı xanımla evlənən Van Dammın oğlu yeni imici ilə diqqət çəkib.

 

Pressinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, atası kimi aktyor olan Kristofer Van Varenberq (Kris Van Damm) sarı rəngə boyadığı saçlarını sosial mediada izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub

Sözügedən paylaşımı təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Bazar ertəsi, 02 May 2022 18:44

Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

 

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Mehriban Əliyeva ilə şəhidin anası arasında səmimi dialoq olub.

Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə yaşı var?

Şəhid Mahirin anası Timziyə Məmmədova: Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə başladı.

Birinci xanım Mehriban Əliyeva: Sentyabrda doğulub...

 

Timziyə Məmmədova: Heç görə bilmədi, birinci övladıdır, bir az gec evləndi.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın, adı nədir?

Timziyə Məmmədova: Babasının adıdır, Səlim. İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ruhları həmişə şad olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə, atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki o, şəhidin övladıdır.

Timziyə Məmmədova: Özü də atası ilə qürur duyacaq, düzdür.

Şəhidin qardaşı Habil Məmmədov: Tez-tez məzarının üstünə aparıb gətiririk.

Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında hər bir şəhidin adı yazılıb.

Prezident İlham Əliyev: Hər birinin, hər birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.

Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi. Allah rəhmət eləsin bütün şəhidlərə.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Mehriban Əliyevanın şəhid anası ilə səmimi dialoqu - FOTO

Bazar ertəsi, 02 May 2022 18:33

Leyla Əliyevadan Ramazan Bayramı təbriki

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

Bununla bağlı təbriki o öz “Instagram” profilində paylaşıb.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür.

Pressinfo.az saytinin Oxu.Az -a istinadən xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

 

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.

Hər il müxtəlif sosial layihələr icra edən “OBA” marketlər şəbəkəsi bu dəfə “Qonşudan pay” adlı Korporativ Sosial Məsuliyyət tədbiri həyata keçirib.

Hər zaman xalqına yaxın olmağa çalışan qonşu marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Bakının müxtəlif bölgələrində onlarla aztəminatlı ailənin evini ziyarət edib, onlara ərzaq məhsullarından ibarət bayram payı aparıb.   

 

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, layihənin məqsədi xalqımıza dəstək olmaq, qonşuluq və paylaşmaq dəyərlərinin əhəmiyyətini bir daha vurğulamaqdır:

“Ramazan dostluq, həmrəylik, paylaşmaq ayıdır. “OBA” marketlər şəbəkəsi olaraq bu gözəl günlərdə xalqımızla həmrəy olmağa, bayram əhval-ruhiyyəsini paylaşmağa çalışdıq. Bu dəfə aztəminatlı ailələri sevindirmək üçün onlara ərzaq məhsullarından ibarət qonşu payı gətirdik. Bir daha Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq”. 

“OBA” marketlər şəbəkəsindən xeyriyyə layihələrinin davamlı olacağı bildirilib. 

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1050-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

 

Bizimlə əlaqə saxlayın

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsində iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.

 

Paylaşımda deyilir: 

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

 

 

Cümə axşamı, 28 Aprel 2022 13:54

Maksim Qalkin “Birinci Kanal”dakı işini itirdi

Yazan

Ukraynada müharibə əməliyyatları başlayandan sonra Rusiyanı tərk edən şoumen Maksim Qalkin “Birinci Kanal”dakı işini itirib. İndi o, “Bu axşam” verilişinə aparıcılıq etməyəcək.

“Bu axşam” verilişi bir neçə aydır ki, efirlərdə görünmür, ancaq buna baxmayaraq, proqram yayım şəbəkəsinə qatılmağa hazırlaşır, lakin Qalkin olmadan.

 

Məlum olub ki, “Birinci Kanal”ın rəhbərliyi yumoristə artıq əvəzləyici də tapıb.

“Hazırda Maksimin yerinə bir neçə potensial namizəd var, görünür, proses zamanı onlar arasından seçim ediləcək, kimin daha münasib olduğu müəyyən olunacaq. Namizədlər arasında Aleksandra Oleşko, Nonna Qrişayeva, Dmitri Borisovun da adları səslənir”, – deyə bu barədə mətbuatda çıxan xəbərdə deyilir.

Bundan əlavə, Rusiyada Qalkinin konsertləri ləğv olunmaqda davam edir. Bu, Qalkin ailəsi ilə İsrailə getdikdən sonra baş verib.

Mənbə: Rambler.ru

r, 2022
13:20
3358
 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına “Zərifə Əliyeva” gəmi-bərəsi barədə məlumat verdi.

 

Bildirildi ki, gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər vardır.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsdi.

Xatırladaq ki, ötən ilin martında Suveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsini beynəlxalq gündəlikdə önə çıxarmışdı. Hazırkı geosiyasi təlatümlər fonunda isə bu məsələ aktuallığını xüsusilə artırıb. Buna görə də Şərq-Qərb-Transxəzər dəhlizi xüsusilə cəlbedici görünür və Azərbaycan da yeni çağırışlara adekvat olaraq infrastrukturunu yaxşılaşdırır.

Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibətini, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb.

Gəmi-bərə ilə tanış olan Prezident İlham Əliyev daha sonra onun işə salınmasını bildirən düyməni basdı.

Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək. Dünya standartlarına cavab verən belə bir bərənin Azərbaycanda inşa olunması bir tərəfdən dövlətimizin qüdrətini, iqtisadi müstəqilliyini nümayiş etdirirsə, digər tərəfdən onu göstərir ki, ölkəmiz böyük sənaye potensialına və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın yeni inkişaf mərhələsində uğurla addımlayır.

Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı tənəzzülə baxmayaraq Azərbaycan iqtisadi inkişafını, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərində artan roluna uyğun olaraq uğurla həyata keçirilən infrastruktur layihələrini davam etdirir. Təsadüfi deyil ki, bu gün ölkəmiz istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizlərinin mühüm “hab”ına çevrilib. Prezident İlham Əliyevin nəqliyyatın, o cümlədən gəmiçiliyin inkişafına xüsusi diqqəti də Azərbaycanın bu sahədə potensialını tam olaraq gücləndirməyə hesablanıb.

Bu gün ASCO-nun donanmasında 13 bərə gəmisi, “Ro-Ro” tipli 2 gəmi və “Ro-Pax” tipli 1 gəmi fəaliyyət göstərir. Hazırda ASCO dəmir yolu vaqonlarının dəniz vasitəsilə daşınmasını təmin edən Xəzərdə yeganə bərə operatorudur. Qeyd olunan donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən bütün istifadəçilər yararlanırlar.

Azərbaycanın gəmiçilik sahəsində mühüm nailiyyətlərindən biri də geniş potensiala malik və regionun ən müasir müəssisələrindən sayılan Bakı gəmiqayırma zavodunun 2013-cü ildə istifadəyə verilməsidir. Bu zavodun istismara verilməsi ölkəmizdə yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığı aradan qaldırıb. Azərbaycanda belə bir zavodun yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, nadir layihələr və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir. “Ro-Pax” tipli gəmilər də bu qəbildəndir. Ən yüksək standartlara uyğun gəmi-bərələrin istehsalı Azərbaycan dövlətinin istər iqtisadi, istərsə də sənaye və texnologiyalar sahələrində gücünün göstəricisidir. Hazırda zavodda ASCO-nun donanması üçün daha 2 tankerin inşası davam etdirilir.

Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-cü ildə qəbul olunmuş Strateji İnkişaf Planının icrası çərçivəsində ötən müddətdə ümumilikdə 24 gəmi istismara verilib. Azərbaycan gəmiləri Xəzərdən kənarda - Qara dəniz və Aralıq dənizi hövzələrində də fəaliyyət göstərir. Burada ASCO-nun 7-si quru yük gəmisi və 6-sı tanker olmaqla 13 gəmisi istismar edilir. Həmin hövzələrdə Azərbaycan bayrağı altında üzərək ölkəmizi xarici sularda təmsil edən gəmilərin heyəti bütünlüklə azərbaycanlı dənizçilərdən təşkil olunub.

10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.