#Gündəm #Siyasət

Şəhid analarına unudulmadıqlarını xatırladan bir gün və bu günün görünməyən ünvanı…

Pressinfo.az kanal4.az a istinadən xəbər verir…

Mən Almaz Zeynalova, artıq 30 ildən artıqdır ki, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Uzun illərdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, xüsusilə də təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmişəm. Bu illər ərzində nələr baş verdiyini, hansı yollar keçildiyini bir-bir xatırlatmaq istəmirəm. Sadəcə bir gün baş verənləri bölüşmək istəyirəm  bir gün ki, orada həm insanlıq, həm səssiz xidmət, həm də adı çəkilməyən bir təşəkkür var.

Bu ilin mart ayında 8 Mart Beynəlxalq Qadınlar Gününə az qalmış, eşitdim ki, təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqında rəhbərlik dəyişib. Adını belə bilmədiyim yeni sədrin qəbuluna yazılmaq üçün AHİK-in inzibati binasına yaxınlaşdım. Məni qarşılayan əməkdaşlara şəhid ailələri ilə bağlı bir layihə üçün rəhbərliklə görüşmək istədiyimi bildirdim. Qəbul günü olmadığını dedilər, lakin qəfil olaraq həmin anda telefonla danışan sədrə məlumat verdilər. Cənab sədr dərhal tapşırdı: “Təcili şəhid ailəsini xidməti otağıma dəvət edin”.Lakin əvvəlki illərdə aylarla həmin qurumda rəhbərliyin qəbuluna düşmək üçün növbə gözləmişəm.Dediyim kimi köhnə illərdə baş verənləri detallı açıqlamaq istəmirəm.

Qəbul otağına qalxanda gördüm ki, sədr məni qapının ağzında, ayaq üstə, özü gözləyir. Bu anın təsiri, bu davranışın sadəliyindəki ucalıq sözlə ifadə ediləsi deyildi. Onun adı ilə də elə o zaman tanış oldum Araz Paşayev. Gənc bir kadr, söhbət əsnasında bildirdi ki, əvvəllər Tələbə Kredit Fonduna rəhbərlik edib. Lakin hər kəliməsi ilə söhbətimiz zamanı  sübut edirdi ki, savad, insanlıq, məsuliyyət yaşda deyil, düşüncə və vicdandadır. Hər dediyi cümləni ölçüb-biçib, sakit, təmkinli və dərin bir səmimiyyətlə danışırdı.

Mən ona bildirdim ki, 1990–1993-cü illərdə şəhid olmuş oğulların təhsil işçiləri analarının bir qrupu var. Onların hər biri artıq 70 yaşını keçib. Onlar 8 Mart günü bir stulda, bir fotoda xatırlanmaqdan artıq heç nə gözləmirlər. Sadəcə son illərdə istəkləri “yada salındıqlarını” hiss etməkdir. Cənab sədr tərəddüdsüz və ciddiyətlə tapşırıq verdi: “Tədbir keçirilsin. Hər şey yüksək səviyyədə təşkil olunsun, analar hədiyyələr ilə təltif edilsin. Amma nə mənim, nə qurumun adı çəkilməsin.”

Bəli, layihə baş tutdu. 90-a yaxın şəhid anası martın 8-də paytaxtın nüfuzlu məkanlarından birində həm bayram tədbirində həmdə 11 ayın sultanı olan Ramazan ayına təsadüf etdiyindən iftar süfrəsində bayramı bayrama qatdı.Analara hədiyyələr təqdim olundu, dualar səsləndi, göz yaşları sevincə qarışdı. Lakin mən onun tapşırığına əsasən  o tədbirdə bircə dəfə belə nə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, nədə Araz Paşayevin adını dilə gətirmədim. Bu, onun istəyi idi. O, bununla bildirdi ki, ona reklam lazım deyil, lazım olan şəhid ailələrinin, o anaların sevinməsidir.Təsəvvür edə bilirsiz mənim yazdıqlarımı…

Lakin bu günlərdə sosial şəbəkələrdə həmkarlar ittifaqı ilə bağlı gördüyüm, oxuduğum bəzi haqsız tənqidlər vicdanımı silkələdi. 11 ay əvvəl rəhbərliyə gəlmiş bir gənc, Araz Paşayev, bu qısa müddətdə illərdir unudulmuş bir təşkilatın yenidən cəmiyyətin etimadını qazanması üçün əzmlə çalışır. Onun fəaliyyəti tək şəkillərdə, tədbirlərdə görünmür, o bu fəaliyyəti təhsil işçilərinin,imkansız ailələrin, şəhid ailələrinin dua etdiyi səssiz məkanlarda yaşayır.Bəlkədə bugün mənim yazımı oxuyacaq və eyni hissi yaşayacaq yüzlərlə ailə var ki, onlarada mənə olunduğu kimi yaxşılıq olunub ancaq ad çəkilməyə icazə verilməyib.

Mən onuda etiraf edirəm  ki,bu tək Araz Paşayevin fəaliyyəti deyil, bütün bunlar, əlbəttə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni rəhbərliyi, uzun illərdən bəri cəmiyyətdə savadı, peşəkarlığı və ədalətli mövqeyi ilə tanınan Sahib Məmmədovun dəstəyi ilə həyata keçirilir. Onlar birlikdə bu təşkilata yeni nəfəs, yeni yanaşma və ən əsası inam gətirirlər.
EY MƏNİM XALQIM…
Həmkarlar ittifaqı təkcə yollayış verən qurum deyil. Onun arxasında insan taleləri, sosial ədalət,kollektiv saziş və əməkdaşlıq dayanır.Yollayışlara gəldikdə isə bu gün minlərlə insan 15% ödənişlə, onlayn müraciətlə sanatoriya və istirahət mərkəzlərinə göndərilirsə, bunun arxasında sistemli yanaşma və şəffaf təşkilatçılıq var. Bir zamanlar yollayışlar hansı şərtlərlə, hansı vasitələrlə, hansı “seçilənlərə” təqdim olunurdu, hər kəsin yadındadır. Bugünkü mənzərə isə çox fərqlidir. Ucqar bir rayonun təhsil işçisi ailəsi indi onlayn müraciətlə 5 ulduzlu istirahət mərkəzində dincəlirsə, bu, dövlətin, təşkilatın və insanlığın birgə qazandığı etimaddır.Nədənsə bu gün cəmiyyətimizdə böyük işlər görməyə çalışan insanlar təşviq olunmaq əvəzinə, ruhdan salınır, nümunə olmaq əvəzinə hədəfə çevrilir sanki yaxşılıq bir az gec gələndə qəzəblə qarşılanır.

Əgər bu il sizə yollayış çatmayıbsa, narahat olmayın gələn il olacaq. Və o vaxta qədər bu sistem daha da təkminləşəcək. Amma xahişim budur  ey mənim mərdi qova-qova namərd edən toplumum, imkan verin, bu gənc kadrlar sizə başa salsınlar ki, uzun illər xəbəriniz olmayan “həmkarlar ittifaqı” anlayışı bu gün artıq öz adını bərpa etməkdədir.

Bu yazını hal-hazırda bir xəstəxanadan yazıram. Mən də illərlə şəhid ailələrinin hüquqları uğrunda mübarizə apardım və sonunda öz səhhətimdən oldum. 

Böyük fikir adamlarından biri deyirdi: “Zaman sonda həqiqətin tərəfini tutur. Amma bəzən bu həqiqəti cəsarətlə müdafiə etmək gərəkir.”

Araz müəllim, bağışlayın məni… Bu sirri pozdum. Verdiyiniz tapşırığı adınızın çəkilməməsini yerinə yetirə bilmədim. Çünki bu vəziyyətdə susmaq vicdansızlıq olardı. Mən bu sözləri yazmaqla bir haqqı ifadə etmiş oldum. Bu, mənim vicdan borcum idi… Mən bu gün sükutu pozdum. Çünki vicdan, səssiz qalanda ölə bilər… Amma biz şəhid ailələri ölümü görüb həyatda qalmışıqsa, demək hələ sözümüz var.

Almaz Zeynalova
Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
Şəhid yoldaşı və ömürlük daşıdığı haqqın səsi

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir