Argentinalı hücumçu “Neftçi”də

“Neftçi”nin bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb. “Pressinfo” xəbər verir ki, bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb. Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb. 30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq. Qeyd edək ki, sonuncu klubu “Atletiko […]

Ronaldo DÇ-2026-da çıxış edəcək?

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. “Pressinfo” xəbər verir ki, bu haqda Cabine Desportiva yazıb. “Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bəzi şeylər baş verdi ki, mənə bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”, – Ronaldo […]

“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı

2023-cü ildə “qızıl top”u qazanmağa favoritlərin yenilənmiş siyahısı təqdim edilib. “Pressinfo” xəbər verir ki, mükafata əsas namizəd PSJ-nin keçmiş hücumçusu, “İnter Mayami”nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır. İkinci yerdə “Mançester Siti”nin futbolçusu Erlinq Haland qərarlaşıb. İlk üçlüyü PSJ-nin forvardı Kilian Mbappe tamamlayır. Hazırkı siyahı aşağıdakı kimidir: Lionel Messi (PSJ/İnter Mayami)Erlinq Haland […]

Ronaldo 20 il sonra kənarda qaldı

Xəbər verdiyimiz kimi, ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının namizədləri açıqlanıb. “Pressinfo” xəbər verir ki, onlar arasında “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yer almayıb. 38 yaşlı hücumçu 2003-cü ildən sonra ilk dəfə namizədlər sırasında olmayıb. Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən […]

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə “Pressinfo”ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Rusiyaya dronlarla yenidən hücum oldu

Rusiya yenidən dron hücumuna məruz qalıb.  “Pressinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna üç pilotsuz uçuş aparatı ilə yenidən gecə saatlarında ölkənin 2 şəhərinə hücum edib. Dronlardan biri Moskva vilayətində, ikisi isə Rostov vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Aİ-dən Azərbaycana qarşı mümkün sanksiyalar barədə – Açıqlama

“Avropa İttifaqı hazırda Azərbaycanla 2022-ci ilin iyulunda enerji məsələləri üzrə imzalanmış anlaşma memorandumunun dondurulmasını nəzərdən keçirmir”. “Pressinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel deyib. Borrel sözügedən sənədi Aİ-nin enerji mənbələrinin diversifikasiyası üzrə səylərinin bir hissəsi adlandırıb.

DiKaprio yeni sevgilisi ilə gecə klubunda görüntüləndi – Video

Amerikalı aktyor Leonardo DiKaprio və italiyalı model Vittoriya Çeretti ilə səmimi şəkildə görüntülənib. “Pressinfo” xəbər verir ki, sözügedən videonu “Page Six” nəşri əldə edib. Cütlük İbizada gecə klubunda öpüşərkən kameralara tuş gəlib. Nəşr qeyd edir ki, bundan bir neçə saat əvvəl 48 yaşlı aktyor gününü Formenteredəki yaxtada digər iki modellə keçirib. Yaxtada, həmçinin onun çoxillik […]

“Azeri Light”ın qiyməti 95 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. “Pressinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,69% və ya 0,67 dollar azalaraq 95,75 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 96,42 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]

Erməni silahlıları Kəlbəcərdə təxribata cəhd etdi

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə “Pressinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.