#Dünya #Gündəm

DiKaprio yeni sevgilisi ilə gecə klubunda görüntüləndi – Video

Amerikalı aktyor Leonardo DiKaprio və italiyalı model Vittoriya Çeretti ilə səmimi şəkildə görüntülənib.

“Pressinfo” xəbər verir ki, sözügedən videonu “Page Six” nəşri əldə edib.

Cütlük İbizada gecə klubunda öpüşərkən kameralara tuş gəlib.

Nəşr qeyd edir ki, bundan bir neçə saat əvvəl 48 yaşlı aktyor gününü Formenteredəki yaxtada digər iki modellə keçirib. Yaxtada, həmçinin onun çoxillik dostu Tobi Maquayr və “Vogue”un redaktoru Edvard Enninful olublar.

Xatırladaq ki, avqustun sonlarında DiKaprio və Çeretti Santa-Barbarada gəzintidə olarkən kameralara tuş gəliblər. Onları ilk dəfə isə bu ilin mayında Kannda birlikdə gəzərkən görüntüləyiblər.

Çeretti bu ilin iyunundan subaydır. O, 2020-ci ildən DJ Anyma ilə ailəli idi. DiKaprio isə ötən il model Kamila Morronedən ayrılıb. O vaxtdan onu tez-tez müxtəlif modellərin əhatəsində görürlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir