#Dünya #İdman

“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı

2023-cü ildə “qızıl top”u qazanmağa favoritlərin yenilənmiş siyahısı təqdim edilib.

“Pressinfo” xəbər verir ki, mükafata əsas namizəd PSJ-nin keçmiş hücumçusu, “İnter Mayami”nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır.

İkinci yerdə “Mançester Siti”nin futbolçusu Erlinq Haland qərarlaşıb.

İlk üçlüyü PSJ-nin forvardı Kilian Mbappe tamamlayır.

Hazırkı siyahı aşağıdakı kimidir:

Lionel Messi (PSJ/İnter Mayami)
Erlinq Haland (Mançester Siti)
Kilian Mbappe (PSJ)
Vinisius Junior (Real)
Kevin De Bruyne (Mançester Siti)
Rodri (Mançester Siti)
İlkay Gündoğan (Mançester Siti/Barselona)
Viktor Osimhen (Napoli)
Xulian Alvarez (Mançester Siti)
Robert Levandovski (Barselona)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir