#Mədəniyyət

Azərbaycanda animasiya məktəbləri yaradılacaq

Ölkəmizdə animasiya məktəblərinin yaradılması gələcək planlarımıza daxildir.

“Pressinfo” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova 6-cı ANİMAFİLM festivalının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bu baxımdan xarici mütəxəssislərlə əməkdaşlığın vacibliyindən danışıb:

“Bu cür festivallar milli animatorlarla xarici animatorlar arasında rabitənin yaranmasına təkan verəcək”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir