#Dünya #İdman

Ronaldo 20 il sonra kənarda qaldı

Xəbər verdiyimiz kimi, ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının namizədləri açıqlanıb.

“Pressinfo” xəbər verir ki, onlar arasında “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yer almayıb.

38 yaşlı hücumçu 2003-cü ildən sonra ilk dəfə namizədlər sırasında olmayıb.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən Kərim Benzemadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir