#Texnologiya

Apple aşağı qiymətə satılacaq yeni MacBook-ları hazırlamağı planlaşdırır

    İnternetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti aşağı qiymət seqmentinfə satılacaq yeni MacBook seriyasını satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkətin aşağı qiymətə satılacaq MacBook seriyası ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan Chromebook-larla rəqabət aparacaq. Çox güman ki, aşağı qiymətə sahib yeni MacBook seriyası əsasən təhsil sahəsi üçün nəzərdə tutulacaq. Məlumata əsasən Apple bu cür MacBook seriyasını 2024-cü ilin ikinci yarısında təqdim edəcək. Çox güman ki, sözügedən yeni MacBook-lar MacBook Air MacBook Pro seriyalarından ayrıca satılacaqlar. Aşağı qiymətə satılacaq MacBook-ların özlərində metal gövdəni qoruyub saxlayacaqları gözlənilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir