#Dünya #Texnologiya

Çin özünün yarımkeçirici sahəsinin inkişafı üçün 41 milyard dollar vəsait ayıracaq

ABŞ hökumətinin Çinin yarımkeçirici sahəsinin inkişafını ləngitməsi cəhdləri Çinin öz regionunda bu sahənin inkişafı üçün yeni investisiyalar barəsində düşünməyə məcbur edib. Belə ki, Çin hökuməti öz yarımkeçirici sahəsinin dəstəklənməsi üçün nəzərdə tutulmuş dövlət investisiya fondunu yaratmaq niyyətindədir. Çindəki yarımkeçirici sahəsinin inkişafı üçün dövlət 41 milyard dollar vəsait ayıracaq. Vəsaitin bir hissəsi çiplərin istehsalı üçün nəzərdə tutulmuş təchizatların alınmasına sərf ediləcək.

    Bu, ölkə daxilində yarımkeçirici sahənin inkişafı üçün Çinin üçüncü təşəbbüsüdür. Dövlət 2014-cü ildə bu sahəyə 19 milyard dollar, 2019-cu ildə isə 27 milyard dollar ayırmışdı. Beləliklə 2014-cü ildən başlayaraq Çin dövlətinin bu sahəyə ümumi investisiyası 87 milyard dollara çatır. Əvvəlki illərdə əsas investorlar qismində China National Tobacco Corporation China Telecom kimi şirkətlər çıxış etmişdilər. Bu dəfə Çinin hansı mənbələrdən investisiya cəlb edəcəyi bilinmir. Lakin artıq məlumdur ki, investorlardan biri qismində Çinin Maliyyə Nazirliyi çıxış edəcək və o, 8 milyard dollar investisiya yatıracaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir