#Texnologiya

Huawei Mate 60 smartfonlarındakı Kirin 9000s prosessoru hansı şirkət tərəfindən istehsal edilir?

    Huawei şirkətinin keçən həftə təqdim etmiş olduğu Mate 60 Mate 60 Pro smartfonlarında Kirin 9000s adlı prosessordan istifadə edilir. İndi isə sözügedən prosessorun hansı şirkət tərəfindən istehsal olunduğu məlum olub. Beləliklə verilmiş məlumata əsasən Kirin 9000s prosessoru Çinin SMIC adlı şirkəti tərəfindən istehsal edilir. Sözügedən şirkət Kirin 9000s-i 7 nanometrlik texnoloji proses əsasında hazırlayır. Görünür, bu prosessor SMIC tərəfindən 7 nanometrlik texnoloji proses vasitəsilə istehsal edilən ilk mobil prosessordur. Müqayisə üçün qeyd etmək lazımdır ki, orijinal Kirin 9000 prosessoru TSMC şirkətinin 5 nanometrlik texnoloji prosesi əsasında istehsal edilirdi. Bu isə o deməkdir ki, Kirin 9000s performans baxımından orijinal Kirin 9000-dən geridə qalır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir