#Texnologiya

LG şirkəti Meta-ya növbəti nəsil Quest Pro VR cihazını hazırlamaqda yardımçı olacaq

Meta şirkəti LG ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən LG şirkəti Meta-ya növbəti nəsil Quest Pro VR cihazının hazırlanmasında yardımçı olacaq. Məlumata əsasən növbəti nəsil Quest Pro VR cihazı LG istehsalı olan ekranlar və LG-nin strukturuna daxil olan digər şirkətlərin komponentləri ilə təchiz olunacaq. Söhbət, əsasən LG Energy batareyasından və LG Innotek şirkətinin komponentlərindən gedir.

    Hal hazırda aktual olan Quest Pro modeli bazara 1500$ qiymətində satışa çıxmışdı. Lakin müəyyən müddətdən sonra onun qiyməti 500$-a düşdü. VR cihazın növbəti nəsil Quest 4 Pro adını əldə edəcək. O, 2025-ci ildə satışa çıxacaq və 2000$-a satılacaq. Bundan əlavə olaraq Meta şirkəti büdcəli VR cihazın da satışa çıxarılmasını planlaşdırır. Lakin büdcəli VR cihazın hazırlanmasında LG iştirak etməyəcək. Meta-nın büdcəli VR cihazı 2024-cü ildə satışa çıxacaq və onun satış qiyməti 200$ təşkil edəcək. 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir