#Gündəm #İqtisadiyyat

“HOMM LİFE AZƏRBAYCAN”: XANIMLAR ÜÇÜN ASUDƏ VAXTI PULA ÇEVİRMƏYİN ZAMANI GƏLDİ

Az bir müddət öncə dəyərləndirdiyim və qəbul etdiyim bir iş təklifinin fəlsəfəsindəki alqışladığım ən əsas cəhəti söhbətimin önündə qeyd edərək məqaləmə keçid almaq  istəyirəm: əyər sən ugur qazanmaq istəyirsənsə, uğurun yolu mütləq fədakarlıqdan keçir… Amma tək fədakarlıqdan yox. Daha nələrdən keçdiyi barədə isə sonda mütləq fikir bildirəcəyəm…
Beləliklə… keçid alaq  məqaləmizə! Yola saldığımız ilin sonlarında böyük uğurlara doğru addımlamağım üçün fürsət yaranmışdı. Və mən bu fürsəti dəyərləndirməyə qərar verdim. Çoxdan idi ki, daha yaxşı yaşayışımı təmin etmək üçün daha yaxşı qazanmaq arzumu gerçəkləşdirmək üçün əsas peşəm olan jurnalistikadan əlavə sərbəst qrafikli iş yeri axtarırdım. Nəzərdən keçirdiyim təkliflərin hərəsində məni qane etməyən nələrsə üzə çıxırdı.Və seçimimdə qərarsız qalaraq fikrimdən vaz keçirdim. Dekabr ayının sonuna yaxın nəhayət ki, mənə ən sərf eləyən bir iş təklifinin üstündə dayandım və hissiyatım mənə anlatdı ki,  seçimimdə yanılmamışam. Bu HOMM LİFE  bitkisell şirkəti idi.
“Homm Life Azərbaycan” (“Homm Bitkisel” türk şirkətinin ölkəmizdəki təmsilçisi) diqqətimi çox sərfəli təklifləri ilə  cəlb etdi.Və mən bir neçə gün şirkət, onun iş prinsipləri, həmçinin məhsulları barədə araşdırma apardım. Qərarımda yanılmadıgıma bir daha əmin olduqdan sonra nəhayət ki, şirkətə üzv oldum.
Onu da qeyd edim ki, məni bu şirkətə dəvət edən Məryəm adlı gənc bir qızdır. İdeyalarını həyata keçirmək barədə gənc olmasına baxmayaraq çox israrlı və prinsipial olan Məryəmin gediş xətti də məni çox  cəlb etmişdi. Düzdü, mən araşdırma apararaq itirəcəyim bir şeylər olmayacağına, əksinə fədakarlıq etsəm daha çox şeylər qazanacagıma əmin olduqdan sonra bu şirkətə üzv olmaga qərar vermişdim. Amma buna da məni sövq edən məhz çox agıllı olan gənc Məryəm xanım oldu. Buna görə də ona təşəkkürümü bildirirəm.
  Homm şirkəti, onun iş prinsipləri, məhsulları və sair barədə sizlərə də məlumat verməyi özümə borc bildim. Hər bir kəsin ,hər bir ailənin özünün istifadə etdiyi məhsullar, ərzaqlar, yuyucu vasitələr vardır. Şirkətə üzv olduqdan sonra üzvün ilk işi həmin məhsulları başqa yerlərdən yox, məhz üzv oldugu şirkətdən almaq və bununla da mal dövriyyəsinə bir növ təkan verməkdən ibarətdir. Şirkətdə çeşid  böyükdür (kofelər, çaylar, tam bitki tərkibli təmizləyici vasitələr, qidalar, saç, üz, bədən, əl və ayaq kremləri, gellər və s.). Dövriyyə üçün böyük miqdar tələb olunmur. Alıb – satmaq tələbi də yoxdur. Ali təhsil, diplom – filan da rol oynamır. Əsas olan qazanmaq və qazandırmaq həvəsidir ki, bu varsa, gerisi təmin olunacaq. Qiymətlərdə ciddi güzəştlər tətbiq olunur. Fəal olanlara vaxtaşırı mükafatlar verilir. Komanda qurmaq və üzvlüyə cəlb edilən hər  şəxsə görə devidentlər artır. Və ümumilikdə bu güzəştlərin hamısı  üzvlərin razı qalacaq qədər qazanmasına, liderlik səviyyəsinə tez yüksəlməsinə xidmət edir.  
Fəaliyyət əsasən qadınlara hədəflənib. Boş vaxtlarını pula çevirmək istəyən xanımlar üçün göydəndüşmə imkandır. Evdar qadınlara daha çox sərf edir. Çünki bu işi evdən onlayn görmək onların ev işləri, uşaq bəsləyib böyütmək kimi işlərinə mane olmur, əksinə, qazanılan əlavə pullar ailənin rifahına xidmət edir.
Bu işdə vaxt məhdudiyyəti də yoxdur. Hansısa tədbirə hazırlaşıb tez yetişmək, “uşagı kimə tapşırdım gedim?”  kimi çətinliklər də yoxdur. Uşaqlarına  nəvaziş, böyüklərə qulluq göstərərək də bu işi rahatca yerinə yetirmək mümkündür. Yalnız telefon və intenetin olması yetərlidir.
Beləliklə…, hörmətli həmcinslərim, sizləri komandama qoşulmaga dəvət edirəm! Pul qazanmaq insanın rifah səviyyəsini yüksəldir, insana   problemlərini həll etməyə kömək edir. Pul hər şeyi həll etməsə də, çox şeyi həll edir. Gəlin qazanaraq rifahımızın güclənməsinə bərabər çalışaq. İnsan həyatda tək heç bir ugur qazana bilməz. Hökmən kənardan bir humanist müdaxiləyə, ya bir dost köməyinə ehtiyac olur. Gəlin, dost olaq, tərəfkeş olaq, biri birimizin qazanmasına, güclənməsinə, rifahına  xidmət edək, təkan verək. “Qazana bilmərəm, məndə alınmaz.” kimi kor düşüncələri bir kənara qoyun.Bu işdə həm qazanacağıq, həm də qazandıracağıq. Çünki bu, bir şəbəkə biznesidir.
İnsanlıq, imtahan dünyasında yaşayırıq. Bizi bu dünyada hörmət sahibi edən, o dünyada isə cəhənnəm odundan xilas edən yeganə əməl xeyirxahlıqdır. Xeyir əməllər etmək üçün yaşamalıyıq, yaşamaq üçün yeməliyik, yemək üçün isə işləməliyik…
*
Uğurun kodu bunlardır:
Ağıl, fədakarlıq və şans.
AĞLIN  varsa, irəliləyəcəksən, FƏDAKARLIQ etsən, yorulub yolda qalmayacaqsan. Sənə doğru gələn və ya yolunun üstündə olan ŞANSINI isə ağlını işə salaraq təyin edəcəksən. Əsas odur ki, həyatda məqsədin və məqsədinə çatmaq ugrunda mübarizəndə iradən ola, geri dönüşün olmaya….
Məqsədə çatmaq uğrunda mübarizə aparan hər kəsə uğurlar arzulayıram…

 NÜŞABƏ ƏHMƏD

“HOMM LİFE AZƏRBAYCAN”: XANIMLAR ÜÇÜN ASUDƏ VAXTI PULA ÇEVİRMƏYİN ZAMANI GƏLDİ

test xever

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir